Avropa İttifaqı ilə əməkdaşlığa dair məsələlər müzakirə edildi

Dekabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı olub.
Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, telefon danışığı zamanı C.Bayramovun Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında iştirak məqsədilə ötən həftə Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşlərin davamı olaraq ölkəmizin Aİ ilə əməkdaşlığı, o cümlədən enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Tərəflər habelə digər qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png