Paraddakı kreativ ideyanın müəllifi məlum oldu

Dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü avtomobillərin nömrə nişanlarından hazırlanmış instalyasiyanın nümayiş olunması ideyasının sahibi məlum olub.
Heydər Əliyev Fondu bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib:
"Heydər Əliyev Fondunun Zəfər paradına kreativ töhfəsi. Dağlıq Qarabağ ərazisinin əzəli Azərbaycan torpağı olduğu instalyasiyanın üzərinə həkk olunan "Qarabağ Azərbaycandır!" şüarı ilə bir daha bəyan edilir".
Qeyd edək ki, 90-cı illərin əvvəllərində Kəlbəcərdə mülki əhalinin məcburi köçkün düşərkən qoyub gəldiyi avtomobillərin üzərindən açılmış nömrələrlə ermənilər divar hörmüşdü.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png