Dövlət başçısını hava limanından ölkə rəsmiləri yola salıb.
Türkiyə lideri Azərbaycanda iki gün səfərdə olacaq. Səfər tarixi Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi məqsədilə sentyabrın 27-də başlanmış Vətən müharibəsində qələbənin qeyd edilməsi gününə uyğunlaşdırılıb.
R.T.Ərdoğan dekabrın 10-da Bakıda keçiriləcək təntənəli Qələbə paradında iştirak edəcək.
R.T.Ərdoğanın səfəri çərçivəsində eləcə də iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.