35 yaşadək şəxslərin nəzərinə - Xidmətə qəbul elan edildi

Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə qəbul elan edib.
DSX-nin Mətbuat Mərkəzindən  bildirilib ki, həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
- Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;
- 35 yaşı keçməməli;
- Fiziki cəhətdən sağlam olmalıdırlar.
Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.
Eyni zamanda, DSX-də hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:
- Həkim-terapevt;
- Həkim-ümumi cərrah;
- Həkim-stomatoloq;
- Həkim-sanepidemioloq;
- Həkim-dermatoloq;
- Həkim-infeksionist;
- Həkim-otolarinqoloq;
- Həkim-laborant;
- Tibb Universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər;
- Feldşer;
- Feldşer-laborant;
- Diş texniki.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
- Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;
- Fiziki cəhətdən sağlam olmalı;
- Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.
Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png