"World Economic Forum" avtomobil yollarının vəziyyətinə dair "Quality of roads" hesabatını yeniləyib. Azərbaycan MDB məkanında ən yüksək nəticə göstərib. Ümumilikdə isə Azərbaycan 141 ölkə arasında isə 27-ci yerdə qərarlaşıb. Qeyd edək ki, ölkəmiz 2016-cı ildə siyahının 50-ci, 2018-ci ildə isə 36-cı pilləsində idi.