Azərbaycanda 39 startapa güzəştlər ediləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.
Agentlikdən verilən məlumata görə, bununla da “Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı 39-a çatıb.

“Startap” şəhadətnamələri "Setup" MMC-nin uduşlu bilik yarışmasının təşkili (veb və mobil tətbiq vasitəsilə), "Smart Logistics 2021" MMC-nin yük maşınlarının sifarişi üçün mobil tətbiq, “Sakuraz Green Energy” MMC-nin litium-ion akkumulyatorlarının toplanması və bərpası işinin təşkili layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png