Bodrum polisindən Novruz əməliyyatı: 30 nəfər saxlanıldı

Türkiyənin Bodrum şəhərində polis əməliyyat keçirib.
20 mart 2022-ci il tarixində Bodrum Yalıkavak bölgəsindəki  açıq bazarda keçirilən Novruz şənlikləri zamanı PKK lideri Abdullah Öcalan və PKK lehinə şüarlar səsləndirilib.
Muğla Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Bürosu və Bodrum Təhlükəsizlik Müdirliyi qruplarının iştirak etdiyi əməliyyatda Yalıkavak, Konacık və Ortakent məhəllələrində yaşayan şübhəlilərin evlərində axtarış aparılaraq saxlanılıb.
HDP Bodrum mahal həmsədri Zuhal Macit, təxminən 1000 nəfərin iştirak etdiyi Novruz şənliyində 30-a yaxın adamın saxlanıldığını açıqlayıb.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png