İstanbul-İrəvan aviareyslərinin qiyməti bəlli oldu

Fevralın 2-dən etibarən İstanbul-İrəvan arasında qarşılıqlı davamlı aviauçuşlar həyata keçirilməyə başlayacaq.
Birbaşa uçuşlar Türkiyə tərəfdən “Pegasus”,  Ermənistandan isə “FlyOne” şirkətlərinə həvalə olunub.
Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlunun verdiyi məlumata görə, Türkiyənin "Pegasus" Hava Yolları və Ermənistanın "FlyOne" şirkəti fevralın 2-də qarşılıqlı olaraq İstanbul-İrəvan reyslərinə başlayacaq.
"Pegasus" bazar ertəsi, cümə axşamı və şənbə günləri Sabiha Gökçen hava limanından İrəvan hava limanına, çərşənbə axşamı, cümə və bazar günləri isə İrəvan hava limanından Sabiha Gökçen hava limanına uçuşlar həyata keçirəcək.
186 sərnişin tutumlu təyyarə ilə uçuşlar üçün bilet qiymətləri Yerevan hava limanından Sabiha Gökçen hava limanına 69,99 avrodan, Sabiha Gökçen hava limanından İrəvan hava limanına isə 59,99 dollardan başlayacaq.
"FlyOne" isə bazar ertəsi, çərşənbə və cümə günləri İrəvandan İstanbul hava limanına uçuşlar həyata keçirəcək. Bu reyslərə biletlər 39 avrodan başlayan qiymətlərlə satılır.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png