Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, yanvarın 14-də Günəşdə baş vermiş tac kütlə atılması (CME) geomaqnit fəallığın artmasına səbəb ola bilər.
Bununla əlaqədar olaraq yanvarın 17-də G1 (zəif) maqnit qasırğasının baş verməsi ehtimal olunur. Proqnoz dövrünün üçüncü günündə (19 yanvar) geomaqnit sahədə sakit şərait gözlənilir (Kp=1-2).