COVID xəstəsi olan ata və oğula cinayət işi açılıb

Ağstafada müalicə olunduqları ünvanı tərk edən koronavirus xəstələri ictimai yerdə saxlanılıb.
 Ağstafa rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər zamanı yoluxduqları COVID-19 infeksiyasından sağalmayan rayon sakinləri - Hacımurad Quliyev, onun oğlu Mehman Quliyev və Elnur Paşayevin ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları evi tərk etmələri aşkar edilib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin şəxlər yaşadıqları evə göndərilib. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png