İnsan qalıqları və sümükləri xüsusi konteynerlə sudan çıxarılıb.
Çıxarılan qalıqlara baxış zamanı onun kəskin çürüməyə məruz qalmış, bədəninin bir hissəsi olmayan kişi meyiti olduğu məlum olub. Tapılan şəxsin əynində 4 ədəd köynək olub.
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırma aparılır.