Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 3 dekabr saat 11:00-da başlayacaq.
Bildirilir ki, bütün media mənsublarının üzünə açıq olacaq bu aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu bu tədbirə dəvətlidir.