Hava ilə bağlı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u günün ikinci yarısından 12-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun təhlükəli hidrometeoroloji hadisə haqqında yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, noyabrın 10-u axşamdan 11-i gündüzədək bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi 18-23 m/s, arabir 27-32 m/s, noyabrın 10-da axşam, 11-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək güclənəcək.
Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən noyabrın 11-də 5-10 dərəcə aşağı enəcəyi, 9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u axşam şimal və qərb rayonlarından başlayaraq noyabrın 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.
Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək güclənəcək.
Havanın temperaturu noyabrın 11-də ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.
Bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaq.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png