Ovçuluq və balıqovlama biletinin verilməsinə görə rüsum tutulacaq

Balıqovlama bileti və ovçuluq biletinin verilməsinə görə dövlət rüsumları müəyyənləşir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Balıqçılıq haqqında” və “Heyvanlar aləmi haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
Rüsumların məbləği “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə olacaq. “Dövlət rüsumu haqqında” qanuna əlavə edilən yeni - 18.55-2 və 18.55-1-ci maddələrə əsasən, balıqovlama biletinin və ovçuluq biletinin verilməsinə görə 25 manat dövlət rüsumu tutulacaq.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png