Deputatların sözlərinə görə, 28 May Müstəqilliyi günü dövlət səviyyəsində bayram kimi keçirilir və qeyri-iş günüdür. Ona görə də 18 oktyabr da Müstəqilliyin Bərpası Günü olduğundan eyni əhəmiyyəti daşıdığından həmin gün də qeyri-iş günü elan olunmalı və dövlət səviyyəsində qeyd olunmalıdır. Deputatlar hesab edir ki, cəmiyyətin bu məsələ ilə bağlı gözləntisi var. Odur ki bu məsələ nəzərə alınmalı və qanunvericilikdə dəyişiklik edilməlidir.
