Bunu açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.
Ekspert bildirib ki, hətta şirkət bu istiqamətdə ziyanla işləyir:
“Orada hər il dəyişən müxtəlif rəqəmlər göstərilirdi. Görünən odur ki, qazın maya dəyəri ilə satışı arasında disbalans var. Ancaq buna görə qazın qiymətləri qalxa bilər. Qiymətlərin qalxması ölkənin gəlirlərindən asılı olan məsələdir. Dövlətin gəliri yaxşı olanda əhali üçün də öz imkanlarını genişləndirir. Deməli, dövlətin gəlirləri azalıb və öz büdcəsinin üzərindəki gərginliyi azaltmaq labüdləşir”.
İlham Şabanın fikrincə, bu, dünyanın hər yerində belədir:
“İnsanlar bir şeyi başa düşməlidirlər ki, dövlətin əvvəlki gəliri, qazancı yoxdur. Dövlətin gəlirlərinin 90 faizi neftdən formalaşırdı. 2011-ci ildə - pik vaxtda bizim neft gəlirlərimiz 20 milyardın altında olub. Ancaq indiki gəlirimiz bundan 4 dəfə aşağıdır. Üstəlik, dövlətin müxtəlif istiqamətlərdə xərcləri artıb. Dövlət bunu açıq şəkildə deməsə də, vətəndaşlar başa düşməlidirlər dövlət hər şeyi ucuz qiymətə edə bilmir”.