Azərbaycanda şirkət 40 milyon manat borc alır

“Azərbaycan Supermarket” MMC hər birinin nominal dəyəri 1000 manat olan 40 min ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar buraxır.
Bu barədə şirkətin baza emissiya prospektində qeyd olunub.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 10,5% təşkil edir. İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül müddətində ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 3 il müddətində hər 3 təqvim ayından bir bir ödənilir. 
Emissiya prospektinə əsasən 2020-ci ildə MMC-nin gəlirləri 512,916 mln manat, xalis zərəri 46,929 mln manat olub.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png