Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16, gündüzlər 17-22, bəzi günlərdə 25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 26-40 mm) olacaq.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 8-13, gündüzlər 18-23, bəzi günlərdə 26-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 19-32 mm) olacaq.
Şərqi Zəngəzur və Qarabağ bölgəsində havanın orta aylıq temperaturunun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3-8 isti, gündüzlər 9-14, dağlıq ərazilərdə gecə 3-8 şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 49-56 mm) olacaq.
Qazax- Gəncə zonasında havanın orta aylıq temperaturunun 14-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 9-14, gündüzlər 16-21 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan (norma 31-61 mm) bir qədər çox olacaq.
Balakən-Şəki zonasında havanın orta aylıq temperaturunun 11-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 isti, gündüzlər 13-18, bəzi günlərdə 20 dərəcə isti, dağlarda gecə 1-5 isti, bəzi günlərdə 2-6 şaxta, gündüz 5-8 isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 33-126 mm) olacaq.
Mərkəzi-Aran zonasında havanın orta aylıq temperaturunun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 11-16, gündüzlər 17-22, bəzi günlərdə 25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-46 mm) olacaq.
Lənkəran- Astara zonasında havanın orta aylıq temperaturunun 11-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilndədir. Gecələr havanın temperaturu 10-15, gündüz 17-22 isti, bəzi günlərdə 25 isti, dağlarda gecə 3-7, gündüzlər 7-12 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər cox (norma 96-274 mm) olacaq.