Azərbaycanda avtobusdan 37 min manatlıq oğurluq

Gəncədə gözətçi işlədiyi yerdən oğurluq edib.
 Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Gəncə ŞBPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də Gülüstan qəsəbəsindəki dayanacaqda M.Məmmədova məxsus “MAN” markalı avtobusdan 37.430 manat dəyərində 58 ədəd oturacaq, 1 ədəd kondisioner kompressoru, 9 ədəd təkər və 9 ədəd disk oğurlamaqda şübhəli bilinən dayanacağın gözətçisi Gəncə şəhər sakini Q.İmanov və qohumu M.Məmmədov saxlanılıblar.
Araşdırmalar davam etdirilir.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png