Sabah yağış yağacaq - PROQNOZ

Noyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 8-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz tədricən dayanacaq. Mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-16, Bakıda gecə 9-12, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.
Noyabrın 8-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12, gündüz 14-18, dağlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq.

Noyabrın 08-də Abşeron yarımadasında rütubətli hava şəraiti və mülayim xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png