Bakıda bu yollarda tıxac var

Bakı Nəqliyyat Agentliyi paytaxtda sıxlıq yaranan yolların siyahısını açıqlayıb.
Agentlikdən  verilən məlumata görə, hazırda Ziya Bünyadov prospekti – (Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən başlayaraq – Əsas yol,20 Yanvar dairəsi istiqamətində), Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq, Avtovağzal metro stansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi istiqamətində), Binəqədi şosesi-(Əsasən,Biləcəri-Baksol yolu ilə kəsişməyə qədər və şəhər istiqamətində sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur).
Həmçinin, Heydər Əliyev prospekti – Əsas yol və Köməkçi yol - (Koroğlu metro stansiyasını keçdikdən sonra,Bağırov körpüsü istiqaməti,eyni zamanda şəhər mərkəzi istiqamətində) sıxlıq yaranıb.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png