"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, təmir müddətində Tovuz şəhəri və rayonun 15 yaşayış məntəqəsi, həmçinin Ağstafa rayonunun tam olaraq (Ağstafa şəhəri və rayonun 33 yaşayış məntəqəsi) qaz təchizatının 2 gün müddətinə məhdudlaşdırılması gözlənilir.
Abonentlərdən anlayışlı olmalarını xahiş edirik. Görülən işlər soyuq aylarda mavi yanacağın davamlı şəkildə verilməsinə şərait yaradacaq.