Jurnalist adı ilə dələduzluq etdi

Şəkidə vətəndaşları aldadaraq onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini İqbal Muğumov saxlanılıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı özünü bloqer, jurnalist kimi təqdim edən İ.Muğumovun Ramiz Əmirov adlı şəxsin problemini həll edəcəyi vədi ilə onu aldadıb, 600 manat pulunu ələ keçirdiyi məlum olub.
Ətrafında davam etdirilən tədbirlərlə saxlanılan şəxsin daha bir Şəki rayon sakinindən isə barəsində şikayət olması bəhanəsi ilə 10 min manat pul tələb etdiyi müəyyən olunub.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png