"Azəriqaz" şəffaf sayğaclar quraşdırmağa başladı

"Azəriqaz" İstehsalat Birliyi müdaxilələri minimuma endirəcək yeni şəffaf sayğac qutularının quraşdırılmasına başlayıb.
"Azəriqaz" İB-dən verilən məlumata görə, qutular həm əvvəlcədən ödənişli, həm də sonradan ödənişli sayğaclara tətbiq olunacaq.
“Zərbəyə, günəş şüalarına və ətraf mühitin təsirlərinə davamlı olan qutular quraşdırıldıqdan sonra abonentlərlə Birlik arasında əsassız ittihamlar qalmayacaq”, - deyə məlumatda qeyd edilir.
Bildirilib ki, abonent əvvəlcədən ödənişli sayğacın göstəricisini qutunun üzərindən asanlıqla oxuya biləcək. Sonradan ödənişli sayğaclarda isə qutunun üzərindəki kiçik pəncərə açılmaqla kart vasitəsilə balansı artırmaq mümkün olacaq.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png