Gəncədə 5 avtomobil toqquşdu: 4 nəfər xəsarət aldı

Gəncədə 5 maşının toqquşması nəticəsində nəfər xəsarət alıb.
Hadisə H.Əliyev prosspektində baş verib.İlkin məlumata əsasən hadisə nəticəsində "VAZ 2107", "VAZ 21099" "Nissan", "VAZ21015' və Çin Xalq Rüspublikası istehsalı olan "GAC"markalı avtomobillər toqquşub. Hadisə nəticəsində üç nəfər 1983 cü il təvəllüdlü İsamyılov Ramiz Zakirəddin oğlu, 1980 ci il təvəllüdlü Qurbanov Ramiz Nazim oğlu, 1985 ci il təvəllüdlü Məmmədov Çingiz Qabil oğlu və 1983 cü il təvəllüdlü İsmalıyov Ramin müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib və vəziyyətləri orta ağırıdır. Xəsarət alan şəxslərin bədənlərində müxətlif sınıqlar var. Hadisə yerinə Gəncə şəhər Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, qəzanın təfərrüatları dəqiqləşdirilir.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png