Azərbaycanda daha 56 dövlət əmlakı satışa çıxarılır

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 8-də hərrac təşkil ediləcək.
Nazirlikdən  verilən məlumata görə, hərraca 56 dövlət əmlakı çıxarılacaq. Bunlara 35 səhmdar cəmiyyətinin səhmləri, 21 kiçik dövlət müəssisəsi və yarımçıq tikili aiddir.Məlumata görə, özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından tanış olmaq olar.
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.
Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10% məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

ONN TV

image_printÇap Et

MARAQLI

14-06-2021, 14:14 14-06-2021, 14:14

“WhatsApp” YENİ FUNKSİYA

14-06-2021, 13:27 14-06-2021, 13:27

Sabahın HAVA PROQNOZU

14-06-2021, 13:03 14-06-2021, 13:03

SƏSİNİ QALDIR, QARDAŞ, YENİ DÜNYA BİZİ ÇAĞIRIR!

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png