Soyuq hava şəraiti Texasda 100-dən çox can aldı

ABŞ-ın mərkəzi və cənub hissələrini, xüsusilə Texas ştatını təsir dairəsinə alan güclü qar və şaxta çətin vəziyyətlərə səbəb olub.
Ölkənin Texas ştatında şiddətli qütb soyuğunun yaratdığı hava şəraiti və elektrik enerjisinin kəsilməsi səbəbindən ölənlərin sayı 111-ə yüksəlib.
Ölənlərin əksəriyyətinin hipotermiyadan, bəzilərinin isə güclü qar yağışı və yolların buz bağlaması nəticəsində meydana gələn qəzalar səbəbindən həyatlarını itirdikləri bildirilir.
Ştatda təxminən 4 milyon ailənin şiddətli fırtına səbəbiylə elektrikə və içməli suya olan ehtiyacları ödənilmir. Səlahiyyətlilər bu səbəbdən ölənlərin sayının artacağından narahatdırlar.
Qeyd edək ki, fevral-ın 11-dən bəri ABŞ-ın mərkəzi və cənub əyalətlərində həyatı iflic edən sərt hava şəraiti Arkansas, Oklahoma, Tennessi, Kentuki və Alabama ştatlarında da ciddi itkilərə yol açıb.
Yerli mənbələr mənfi hava şəraitinin Texasa 45-50 milyard dollar zərər verdiyini iddia edblər.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png