COVID-19 xəstəxanasında yanğın - Ölənlər var

Hindistanın Maharaştra əyalətinin paytaxtı Mumbayda COVID-19 xəstələrinin müalicə aldığı xəstəxanada baş verən yanğında 9 nəfər həyatını itirib.
Bu barədə Mumbay şəhər polis rəisinin müavini Praşant Kadam məlumat verib.
P.Kadam xəstəxanadan çıxa bilməyən insanların ola biləcəyindən narahatlığını dilə gətirib. Bildirilib ki, səhər saatlarında baş verən yanğın səbəbiylə xəstəxanadan təxliyə edilən 70-dən çox xəstə Mumbaydakı digər xəstəxanalara köçürülüb.
Hadisə ilə bağlı istintaq başladılıb.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png