Bu rayonda yollar asfatlanır

Yasamal rayon sakinlərinin rahatlığını təmin etmək məqsədilə rayon ərazisində aparılan asfaltlama və abadlıq işləri növbəti fazaya daxil olub. Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonunun müxtəlif ünvanlarındakı yollarda, xüsusən də məhəllə daxili ərazilərdə, asfalt örtüyü təzələnir.
Yolların yenilənməsi həyata keçirilərkən ilk növbədə Yasamal rayon sakinlərinin təklifləri nəzərə alınıb. Asfaltlama və təmir-bərpa işləri əsasən yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan torpaq əsaslı küçə və yollarda aparılır.Asfaltlama işləri çərçivəsində küçə boyu köhnə örtük sökülür, yararsız qrunt qazılaraq çıxarılır. Daha sonra isə yeni asfalt örtüyü döşənir.
Bununla paralel şəkildə rayon ərazisində abadlıq-quruculuq işləri də aparılır. Ağaclar və gül kolları əkilir, ərazidə təmizlik işləri aparılır, mövcud ağaclar budanır.

Hal-hazırda rayonun ayrı-ayrı ünvanlarında abadlıq-quruculuq işləri davam etdirilir. Yasamal rayon İcra Hakimiyyəti tərəfindən sakinlərin müraciət və təklifləri nəzərə alınaraq yeni layihələr müzakirə olunur.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png