Hökumət başçısı bu barədə feysbuk səhifəsində yazıb.
O bildirib ki, bütün suallara cavab tapmaq üçün yalnız bir yol var - növbədənkənar parlament seçkiləri keçirmək.Paşinyan parlament qüvvələrini, habelə erkən seçkilərin keçirilməsində maraqlı olan parlamentdənkənar partiyaları məsləhətləşmələrə dəvət edir.
Xatırladaq ki, müxalifət qüvvələri və tərəfdarları Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanın baş naziri Nikol Paşinyanın milli maraqlarına xəyanət etməkdə günahlandırılaraq istefasını tələb edirlər.
Müxalifət liderləri və fəalları vaxtaşırı hüquq-mühafizə orqanlarına çağırılır, tutulanlar var.