Yunanıstan Türkiyəyə qarşı HƏRƏKƏTƏ KEÇDİ

Yunanıstan Egey hövzəsində təxribatlarını davam etdirir.
Ötən gün bölgədə yerləşən bəzi adalara səfər edən ölkənin Baş qərargah rəisi Konstantinos Floros Türkiyəni hədəf alan açıqlamalar verib.
Bu gün isə Yunanıstan mediasında qalmaqallı xəbərlər dərc olunub. Belə ki, mətbuat ölkənin İskiris adasında pilotsuz uçuş aparatları bazası qurulacağı, buradan bütün bölgənin müşahidə ediləcəyi və Türkiyəyə qarşı qoşun yığılması barədə xəbər verib.
Bundan başqa, Yunanıstanın hava hücumundan müdafiə sistemlərini müasirləşdirmə planları da mövcuddur.

Qeyd edək ki, sözügedən ada Türkiyədən 4-6 mil məsafədə yerləşir.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png