Rusiyadan Ukrayna qərarı: 849 vətəndaş...

Rusiya Ukraynaya qarşı sanksiya siyahısını genişləndirib.
Şəxsi sanksiyalara məruz qalan Ukrayna vətəndaşlarının sayı 322-dən 849-a yüksəldilib.
"Rusiya Federasiyası Prezidentinin 22 oktyabr 2018-ci il tarixli 592 nömrəli fərmanının həyata keçirilməsi tədbirləri haqqında Rusiya Federasiyası Hökumətinin 1 noyabr 2018-ci il tarixli 1300 nömrəli fərmanına 1 nömrəli Əlavəsi"nə əsasən, təsdiqlənən dəyişiklik qurumun rəsmi internet portalında yayımlanıb.
Qeyd edək ki, ötən il sentyabr ayında bu siyahıya ölkənin keçmiş prezidenti Petro Poroşenko da daxil edilmişidi.
Rusiya Prezidenti Vladimir Putin 22 oktyabr 2018-ci il tarixində Ukraynanın ruslara qarşı dost olmayan və beynəlxalq hüquqa zidd hərəkətləri ilə əlaqədar xüsusi iqtisadi tədbirlər haqqında fərman imzalamışdı.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png