Türkiyədə həbs olunan rus jurnalistlərlə bağlı SON MƏLUMAT

Türkiyənin İstanbul şəhərində polis tərəfindən saxlanılan Rusiyanın NTV telekanalının jurnalistləri Aleksey Petruşko və İvan Malışkin vətənlərinə geri qayıdıb.
Bu barədə telekanalın mətbuat xidməti məlumat yayıb.
“Mərkəzi Televiziya” proqramının işçiləri olan Aleksey Petruşko və İvan Malışkin artıq Moskvadadır. Gecə uçuşuyla gəliblər. Hər şey qaydasındadır. Yardımlarına görə Rusiya Xarici İşlər Nazirliyinə, Rusiyanın Ankaradakı səfirliyinə və Rusiyanın Baş konsulluğuna təşəkkür edirik “, – məlumatda deyilir.

Qeyd edək ki, jurnalistlər ötən həftə “Baykar Savunma” PUA istehsalı mərkəzinin yerləşdiyi ərazidə akkreditasiyasız çəkiliş etdikləri üçün saxlanılmışdı.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png