ABŞ-da QORXUNC XƏBƏRDARLIQ: 400 min insan öləcək

Alimlər Kaliforniyada yağışlı mövsümün başlaması ilə nəticələri ABŞ-ın qərb sahilləri üçün ənənəvi olan zəlzələ və meşə yanğınlarından daha ciddi “meqa fırtınası”nın başlaya biləcəyini təxmin edirlər.
Mütəxəssislər fəlakətin əyalət əhalisinin yüzdə birinin və ya 400 min insanın ölümünə səbəb olacağı və ABŞ tarixinə ən böyük təbii fəlakət kimi düşəcəyi barədə xəbərdarlıq ediblər.
Kaliforniyada şiddətli yağışların bir ay davam edəcəyi təqdirdə bölgədəki ən böyük şəhərlərin hər birinin beş metrlik su qatının altında qalacağı vurğulanıb.
Həmçinin, San-Fransisko, Los-Anceles, San-Dieqo və Sakramento kimi şəhərlərin fəlakətlə qarşılaşacağı, sürüşmənin olacağı, böyük bəndlərin çökəcəyi və əkinçilik sahələrinin ciddi şəkildə zərər görəcəyi bildirilib.
Qeyd edək ki, 1861-1862-ci illərdə Kaliforniyada baş verən “meqa fırtınası” rekord sayda itki və dağıntıya səbəb olub.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png