Azərbaycan Əfqanıstana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanda zəlzələ zamanı ölənlərin ailələrinə başsağlığı verib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında bildirilib:

"Əfqanıstanın Herat şəhərində yüzlərlə insanın həyatına son qoyan dağıdıcı zəlzələ xəbəri dərindən kədərləndirdi. Bu faciədə həlak olanların ailələrinə başsağlığı veririk. Fikirlərimiz və dualarımız Əfqanıstan xalqının yanındadır".

Qeyd edək ki, Əfqanıstanın Herat əyalətində baş verən güclü zəlzələ nəticəsində 2 mindən çox insan ölüb, 9 mindən çox insan isə yaralanıb.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png