Müdafiə Nazirliyi rəsmi məlumat yaydı

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları haqqında təbliğat və izahedici məlumatların çatdırılması məqsədilə Müdafiə Nazirliyində yaradılan təşviqat qrupunun respublikanın ümumtəhsil orta məktəblərinin hərbi hazırlıq müəllimləri ilə görüşü keçirilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən görüşdə gənclərdə zabit peşəsinə marağın aşılanması, o cümlədən hərbi vətənpərvərlik işinin orta təhsil müəssisələrində daha səmərəli təşkilinə dair ətraflı fikir mübadiləsi aparılıb, hərbi rəhbərlərin təklifləri qeydə alınıb.

Müdafiə Nazirliyinin zabitləri Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi, eləcə də hərbi liseylərə qəbul qaydaları haqqında ətraflı məlumat verərək hərbi təhsil müəssisələrinin təminatından, sosial-məişət şəraitindən danışıb, eləcə də qəbulla bağlı sualları cavablandırıblar.

Görüşdə, həmçinin hərbi məktəblər haqqında videoçarxlar və hərbi vətənpərvərliyə dair filmlər nümayiş etdirilib.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png