İlham Əliyev Qırğızıstana rəsmi səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qırğız Respublikasına dövlət səfərinə gəlib.

Azərbaycan Prezidentinin təyyarəsi “Manas” Beynəlxalq Hava Limanına enib.

Hava limanında Prezident İlham Əliyevi Qırğız Respublikasının Prezidenti Sadır Japarov qarşılayıb.

Dövlət səfəri çərçivəsində dövlət başçıları ikitərəfli danışıqlar aparacaq və Dövlətlərarası Şuranın I iclasında iştirak edəcəklər.

Bundan əlavə, dövlət səfəri çərçivəsində “Qırğızıstan-Azərbaycan Dostluğu” parkının, o cümlədən Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin açılışı nəzərdə tutulub.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png