Bayramov Mirzoyanla nəyi müzakirə edib?- Özü açıqladı

Sentyabrın 19-da Nyu York şəhərində ABŞ-ın dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdüm. Müxtəlif məsələləri müzakirə etdik.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AzTV-yə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, üçtərəfli görüşdə Ermənistanın sərhəddə törətdiyi son təxribatlar geniş müzakirə olunub:

“Görüşdə əsas müzakirə mövzularından biri delimitasiya olunmamış dövlət sərhədindəki qarşıdurma və onun nəticələri idi. Biz bu barədə mövqeyimizi bildirdik. Razılaşmaların, o cümlədən Brüssel formatında əldə olunmuş razılıqların ləngiməsinə diqqət çəkdik”.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png