Erməni deputatın açıqlamasına Çavuşoğludan CAVAB: Siz də, bunu demədiniz

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu HDP-nin Diyarbəkir üzrə deputatı Qaro Paylanın (erməni əsilli millət vəkili – red.) Ermənistanla bağlı açıqlamasına sərt cavab verib.
Q.Paylan parlamentin 2021-ci ilin dövlət büdcəsi ilə bağlı keçirilən müzakirəsində “Mənim xəyalım var. Türkiyə “qardaş Azərbaycan” dediyi kimi “qardaş Ermənistan” da deyə bilməlidir” ifadəsini işlədib.
M.Çavuşoğlu isə cavab olaraq “Bu günə kimi “Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından çəkilsin” dedinizmi? Heç vaxt “Qarabağ Azərbaycan ərazisidir, Ermənistan buradan çıxsın” demədiniz”, – deyə bildirib.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png