Rusiyaya dost olmayan ölkələrlə bağlı KRİTİK ÇAĞIRIŞ

“Rusiya qazının təkcə Bolqarıstan və Polşaya deyil, həm də dost olmayan digər ölkələrə tədarükü dayandırılmalıdır”.
Bunun Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
“Qazprom” Bolqarıstan və Polşaya qaz tədarükünü tamamilə dayandırıb. Həmçinin bizim üçün dost olmayan digər ölkələrlə münasibətdə də eyni adımı atmaq lazımdır. Bu, düzgün qərardır, Dövlət Dumasının deputatları bunu dəstəkləyir”, - o qeyd edib.
Volodinin sözlərinə görə, Bolqarıstan və Polşa Rusiya Prezidentinin təbii qazın pulunu rublla ödəmək təklifindən yararlanmaq imkanı əldə edib: “Mexanizm müəyyən edilib. Bu ölkələrin rəhbərləri bunu istəməyiblər. Qoy onlar öz vətəndaşlarına vəziyyətdən necə çıxacaqlarını və belə bir qərar qəbul edərkən kimin maraqlarını rəhbər tutduqlarını izah etsinlər”.
Xatırladaq ki, bu gün səhər “Qazprom” rublla ödəniş edilmədiyinə görə “Bulgargaz” (Bolqarıstan) və PGNiG (Polşa) şirkətlərinə qaz tədarükünü tamamilə dayandırıb. 

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png