Ukrayna və Rusiya arasında danışıqların növbəti mərhələsi keçiriləcək

Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar bu gün davam etdiriləcək.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, tərəflər videokonfrans formatda müzakirələr aparacaqlar.
Xatırladaq ki, iki ölkə arasında danışıqların ilk üç raundu fevralın 28-də, martın 3-də və 7-də Belarus ərazisində əyani şəkildə keçirilib. İlk görüş Qomel vilayətində, sonrakı iki görüş isə Polşa ilə sərhəddə yerləşən Beloveja meşəsi ərazisində baş tutub. Sonrakı günlərdə tərəflər görüşləri videokonfrans formatında davam etdiriblər. 
Daha sonra iki ölkə arasında görüş Türkiyənin İstanbul şəhərində baş tutub.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png