BMT Merkeli işə dəvət etdi

BMT-nin baş katibi Antonio Quterreş Almaniyanın keçmiş kansleri Angela Merkeli bütün bəşəriyyətin xeyrinə olan qlobal ictimai sərvətlər üzrə yüksək səviyyəli məsləhət orqanına sədrlik etməyə dəvət edib.
A.Quterreş bu təklifi A.Merkelə məktubla göndərib.

Keçmiş kanslerdən bu məktuba hələlik cavab verilməyib. 

Qlobal ictimai sərvətlər dedikdə BMT xüsusilə qlobal sağlamlıq, elm, sülh, təbiətin mühafizəsi və dünya iqtisadiyyatını nəzərdə tutur.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png