Nazarbayevin kiçik qızından atasına verilən dəstəyə görə Qazaxıstan xalqına təşəkkür

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə ölkədə baş verən son hadisələrdən çox narahat olduğunu bildirib və atasına göstərdiyi dəstəyə görə Qazaxıstan xalqına təşəkkür edib.
Bu baradə Nazarbayevin qızı Aliyə öz Facebook səhifəsində yazıb:
“Ölkəmizdə baş verən faciəli hadisələri ürək ağrısı ilə yaşayıram. Ölənlərə və yaralananlara görə ağrı və təəssüf hissini ifadə etməyə söz yoxdur. Bütün qurbanların ailələrinə dərin hüznlə başsağlığı verirəm”.
O, eyni zamanda “bu ağır dərsin tariximizdə sonuncu olacağına”  ümid etdiyini bildirib.  
Aliyə daha sonra qeyd edib:
“Sizdən aldığım dəstəyə görə də təşəkkür edirəm. Hazırda atama mənəvi dəstəyinizə görə sizə təşəkkür edirəm, o bu günlərdə müxtəlif regionların sakinlərindən çoxlu mesajlar alır” - Nazarbayeva deyib. 
Qazaxıstanın eks-prezidentinin kiçik qızının 41 yaşı var, o, biznes, ictimai fəaliyyət, xeyriyyəçilik və kino istehsalı ilə məşğuldur. 2017-ci ilin noyabr ayından ölkədə yaradılmış Ekologiya Təşkilatları Assosiasiyasının rəhbəridir.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png