Parlament üzvləri Fransanı sərt şəkildə tənqid etdilər

Milli Məclisdə Fransa nümayəndə heyətinin üzvlərinin rus sülhməramlıların nəzarətində olan Qarabağ ərazisinə səfəri müzakirə olunaraq, Parisin bu hərəkəti şiddətlə pislənilib.

ONN media xəbər verir ki, deputat Hikmət Babaoğlu Fransanın bu hərəkətini bölgədə sülhə və sabitliyə təhdid kimi dəyərləndirib.

Deputat Aydın Mirzəzadənin fikrincə, Fransa Azərbaycana qarşı hər zaman qeyri-səmimi münasibəti ilə seçilib. "Erməni hər zaman xəyanəti ilə ad qazandırıb və sabah həmin ermənilər bu gün onları müdafiə edənlərə xəyanət edəcək"- deputat qeyd edib.

Deputat Müşfiq Cəfərov da Fransanın bu addımını destruktiv və bölgədə sülhə xidmət etməyən addım hesab edib.

Deputat Fazil Mustafa da Fransanın bu hərəkətini qınayaraq, buna adekvat addım atmağı zəruri sayıb." Biz eyni zamanda Qarabağdakı separarçıları terrorçu kimi qırmızı siyahıya salınmalıdır. Onlarla görüşənlər də qınaq obyekti ol alıdır. İkinci isə Rusiyadan sülhməramlı missiyasını yerinə yetirməyi, Azərbaycanın icazəsi olmadan Qarabağa girişə icazə verməməsini tələb etməliyik"- deputat qeyd edib.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png