Türk dünyasının Ata TÜRKÜ

10 noyabr müasir Türkiyə Cümhuriyyətinin qurucusu, Türkiyənin ilk prezidenti, görkəmli dövlət xadimi, marşal Mustafa Kamal Atatürkün anım günüdür.
Mustafa Kamal Atatürkün ölümündən 82 il ötür.
M.K.Atatürk 1881-ci ildə indiki Yunanıstanın Selanik şəhərində dünyaya gəlib. 1923-cü il oktyabrın 29-da Osmanlı İmperiyasını ləğv edərək yerinə Türkiyə Cumhuryyətini elan edib. Türkiyənin ilk prezidenti, görkəmli dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türk Qurtuluş Savaşının öncüsüdür. O, daha sonra müasir Türkiyəni formalaşdıran bir sıra islahatlar həyata keçirib.
Ömrünün sonuna qədər 4 dəfə Türkiyə prezidenti olub. Türkiyə tarixində hələ ki, bu vəzifəni ondan daha uzun müddətə daşıyan prezident olmayıb.
Şərəfli tarix yolu keçən Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci il saat 09:05-də serroz xəstəliyindən İstanbulda Dolmabağça sarayında vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib. Mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png