KƏRİM VƏLİYEV AKARLA GÖRÜŞDÜ

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev sentyabrın 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər ilə görüşüb.
Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşlərdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png