Putin və Şarl Mişel Ermənistan-Azərbaycan münasibətlərini müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

Bu barədə avropalı siyasətçi öz Tvitter səhifəsində yazıb.

Söhbət zamanı Azərbaycanla Ermənistan arasında müharibədən sonrakı nizamlanma məsələsi müzakirə edilib.

"Ermənistan-Azərbaycan nizamlanmasının perspektivləri ilə bağlı fikir mübadiləsi apardıq - inamı və dialoqu gücləndirmək lazımdır" - deyə Ş.Mişel qeyd edib.

Bundan başqa, Putin və Mişel Əfqanıstandakı vəziyyəti və bir sıra digər məsələləri də nəzərdən keçiriblər.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png