Mehriban Əliyeva paralimpiyaçımızı təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycan milli yığmasına 12-ci qızıl medalı qazandıran idmançımızı təbrik edib.
Birinci vitse-prezidentin İnstaqram hesabında bununla bağlı etdiyi paylaşımda deyilir:
“Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanın qızıl medallarının sayı 12-yə çatdı! Paralimpiyaçımız Raman Salehi 3-cü medalını qazanması münasibətilə təbrik edirəm! Azərbaycanı Paralimpiadada layiqincə təmsil edən milli yığmamıza səmimi-qəlbdən təşəkkür edir, bütün idmançılarımıza yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png