Rusiya Tacikistandakı hərbi bazasında yeni tank əleyhinə raket kompleksləri "Kornet" göndərib.
Bu barədə rus mediası məlumat yayıb.
“Kornet” müasir tank əleyhinə raket sistemlərinin (ATGM) partiyası Rusiyanın Tacikistanda yerləşən 201-ci hərbi bazasına göndərilib. Yeni komplekslər Rusiya birləşməsinin artilleriya bölmələri ilə birlikdə xidmətdədir", - məlumatda qeyd olunub.
