Türkiyənin Əfqanıstandakı səfirliyi işini davam etdirəcək

"Türkiyənin Əfqanıstandakı səfirliyi Kabildəki vəziyyətə baxmayaraq, fəaliyyətini davam etdirir".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu” deyib.

Onun sözlərinə görə, rəsmi Ankara Türkiyənin Əfqanıstandakı diplomatik nümayəndəlikləri ilə bağlı bütün lazımi tədbirləri görüb, Türkiyənin Kabildəki səfirliyi fəaliyyətini davam etdirir.

Nazir bildirib ki, səfirlik Əfqanıstanı tərk etmək istəyən Türkiyə vətəndaşlarına lazımi köməyi göstərməyə hazırdır.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png